AZ

“Qazprom”a azərbaycanlı şəxs rəhbərlik edə bilər

Rusiyanın “Qazprom” şirkətinin rəhbərliyində “əhəmiyyətli” kadr dəyişikliklərinə başlanılıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın “Telegram” kanalları məlumat yayıb. 

Bildirilir ki, şirkətin 62 yaşlı rəhbəri Aleksey Millerin səhhətinə görə tezliklə dövlət korporasiyasına rəhbərlik edə bilməyəcəyi deyilir və onun yerinə müavini əslən azərbaycanlı olan Famil Sadiqovun gətiriləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, “Qazprom” Açıq Səhmdar Cəmiyyəti dünyanın ən böyük təbii qaz hasilatı şirkəti olmaqla yanaşı, Rusiyanın qaz sənayesi dövlət şirkətidir. Şirkətin baş ofisi Rusiya Federasiyasının paytaxtı Moskvada yerləşir. Şirkət 1989-cu ildə SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən yaradılmışdır.

 

Daşqın HəsənovMissiya.Az

 

Seçilən
11
1
missiya.az

7Mənbələr