AZ

FHN: Sabunçu rayonunda subasmaya məruz qalmış tuneldə boğulmuş şəxsin meyiti çıxarılıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Sabunçu rayonunda subasmaya məruz qalmış tuneldən bir nəfərin meyiti çıxarılıb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun meyiti suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
29
2
azertag.az

10Mənbələr