Sabunçu rayonu Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Əraziyə FHN-in texnikası və dalğıclar cəlb edilib.
FHN-dən bildirilib ki, quruma bu barədə məlumat daxil olub.
Tuneldə boğulduğu ehtimal edilən iki şəxsin tapılması istiqamətində işlər davam etdirilir.