AZ

Bakıda məktəb uçdu, tədris dayandırıldı – FOTO

Mərdəkanda 123 saylı məktəb uçub. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Doğru.az  xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Təhsil idarəsindən Milli.Az -ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin hasarının bir hissəsi uçub:

“Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi  uçub.

Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb”.

DOĞRU.AZ

image-1241589-2

Seçilən
5
24
dogru.az

10Mənbələr