AZ

Yağış nəticəsində məktəbin hasarı uçdu - Tədris dayandırıdlı

Bakı, TurkicWorld

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Bu barədə TurkicWorld-ə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Seçilən
0
33
turkic.world

10Mənbələr