Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə çıxışında məlumat verib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.
Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Qeyd olunub ki, ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Statistik məlumatları təqdim edən şöbə müdiri bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.
Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən T.Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır.
O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub.
10Mənbələr
-
7news.azNövbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı optimallaşdırılacaq ( 12273823)
-
demokrat.azGələn il universitetlərə qəbul planı artırılacaq? — RƏSMİ ( 12272947)
-
news24.azGələn il universitetlərə qəbul planı artırılacaq? - RƏSMİ ( 12270745)
-
publika.azGələn il universitetlərə qəbul planı artırılacaq? ( 12269863)
-
afn.azGələn il universitetlərə qəbul planı artırılacaq və optimallaşdırılacaq ( 12269050)
-
news365.azGələn il universitetlərə qəbul planı artırılacaq? - RƏSMİ ( 12269023)
-
yenicag.azGələn il universitetlərə qəbul planı artırılacaq? – RƏSMİ ( 12268696)
-
hit.azGələn il universitetlərə qəbul planı artırılacaq? - RƏSMİ ( 12268009)
-
oxu.azNövbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq ( 12267538)
-
milliyol.azGələn il universitetlərə qəbul planı artırılacaq? - RƏSMİ ( 12266965)