AZ

Şəmkirdə narkotik satan şəxs HƏBS EDİLDİ

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş İlqar Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, İlqar Əliyevin üzərinə baxış zamanı bükümlər formasında marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim.Media

Seçilən
6
5
bizim.media

7Mənbələr