AZ

Neft Emalı Zavodundakı yanğın söndürülüb - VİDEO

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

Bu barədə "Report"un hadisə yerinə cəlb olunmuş əməkdaşı xəbər verir.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. Baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Seçilən
13
11
qaziler.az

10Mənbələr