AZ

Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNİB

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.
 
Moderator.az xəbər verir ki, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
12:10
 
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) Moderator.az-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
 
11:57
 
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
 
Moderator.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunublar.
 
 

 

 
 
Seçilən
9
27
moderator.az

10Mənbələr