AZ

Ancelina Coli onunla hoteldə iki gecə keçirdi

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli sevgilisi olduğu iddia edilən britaniyalı repçi Akala ilə iki gecə keçirib. 

OLAY yazır ki, bu barədə “The Sun” nəşrinə gizli mənbə məlumat verib.

Onların sözlərinə görə, 40 yaşlı musiqiçi Londonda 49 yaşlı Colinin yaşadığı “The Corinthia” hotelinə gəlib və orada iki gün qalıb. 

Daha sonra ikili “Soho House” restoranında da birlikdə nahar ediblər.

Qeyd edək ki, Ancelina və Akala birlikdə “Mariya” bioqrafik filminin premyerasında qatılıblar. Lakin onlar qırmızı xalçada birlikdə pozalar verməyib. 

Ancelina Colinin nümayəndələri cütlüyün sadəcə dost olduqlarını, lakin son zamanlar birlikdə çox vaxt keçirdiklərini iddia edərək, onların romantikasını inkar edirlər. Akala tədbirlərdə də Colini dəstəkləyir.

Seçilən
9
1
olay.az

2Mənbələr