AZ

“Autizmli Uşaqlar və Onların Ailələrinə Peşəyönümlü Təlimlər” layihəsi başlayır –FOTOLAR

“Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyinin “Autizmli Uşaqlar və Onların Ailələrinə Peşəyönümlü Təlimlər” layihəsi (layihənin müddəti: 01.08.2024-31.10.2024) icra olunur.

Bu barədə layihə rəhbəri Söhrab Mirzəməmmədov bildirib. Onun sözlərinə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib. Əsas məqsəd, autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiyası və onların ailə üzvlərinin maddi rifahının yaxşılaşdırılmasıdır. Layihə 3 sahəni (rəsm, muncuq əl işləri, SMM – Sosial Media Marketinq kursu) əhatə edir. SMM kursu Caspian Plaza Center-də (Stimul şirkətinin ofisində), rəsm və muncuq əl işləri təlimləri isə 268 saylı xüsusi məktəbin binasında keçirilir. Təlimlərin ümumi sayı 40, iştirakçı sayı isə 31-dir. Təlim iştirakçılarının yaş həddi: rəsm üzrə 12-25, muncuq əl işləri üzrə 12-54, SMM üzrə isə 25-60 arasındadır. Layihəyə fərdi bacarıqları və potensial imkanları olan iştirakçılar cəlb olunmuşdur.

Rəsm təlimində uşaqlara forma və koloritlə tanışlıq, palitrada rəng çalarlarının yaradılması, düzgün paylanması, müxtəlif rəsmlərdən kompozisiyaların qurulması, sərbəst mövzular və s. tədris olunur. Muncuq əl işləri təlimində həm uşaqlara, həm də onların ailə üzvlərinə muncuqlardan müxtəlif növ əşyaların, aksesuarların, bəzək əşyalarının (qolbaq, boyunbağı, sırğa, üzük və s.) hazırlanması, yığılma texnikası və qaydaları izah olunur. SMM – Sosial Media Marketinq kursunda isə marketinqə giriş, strategiyanın qurulma yolları, hədəf kütlə və Ads Manager-dən istifadə, reklam kampaniyaları, Instagram reklamları və s. tədris olunur. Təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunur.

 

Seçilən
10
3
azpost.info

4Mənbələr