AZ

“Prezidentə ikinci dəfə Olimpiya çempionu olacağımı dedim” - Hidayət Heydərov-Video

Beynəlxalq Cüdo Federasiyası (IJF) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medalını qazanan Hidayət Heydərovla bağlı videoçarx hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, Olimpiya çempionu Parisdəki qələbə ilə bağlı təəssüratlarını bölüşüb:

“Hava limanına gəldiyimdə bir uşaq mənimlə şəkil çəkdirmək istəyirdi, amma həddindən artıq çox adam var idi. Sonra gördüm ki, ağlayır. Maşından düşüb onunla şəkil çəkdirdim”.

O, həmçinin, Prezident İlham Əliyevin təbrikindən də danışıb: “Cənab Prezidentlə görüşüm oldu. Yarışdan sonra mənə zəng eləmişdi. Bunlar hamısı çox gözəl hisslərdir. Ölkə başçısının qarşısında dedim ki, ikinci dəfə də Olimpiya çempionu olacağam. Bu sözümü tutacağam”. 

Sözügedən videoçarxı təqdim edirik:

Seçilən
11
2
qafqazinfo.az

5Mənbələr