AZ

Baxçalıdan Türkiyədə gündəm olan hadisəyə REAKSİYA

MHP partiyasının sədri Dövlət Baxçalı Türkiyədə gündəm olan, 12 körpəni öldürən \"Yenidoğan Şəbəkəsini\' çökdürən prokurordan danışıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda onlarla körpənin ölümünə səbəb olan \"yeni doğulmuş çete” ilə bağlı istintaq davam edərkən Dövlət Baxçalı diqqətləri bu əməliyyatı həyata keçirən prokurora çəkərək bunları deyib:
 
\"Körpə qatillərinin ən ağır şəkildə cəzalandırılmasını gözləyirəm. Vəzifəsini səbirlə qoruyan, təmiz alnından öpürəm. Allah saylarını artırsın\".
 
Qeyd edək ki, Türkiyədə \"Yenidoğan şəbəkəsi\"nin xəstəxanalarda yeni doğulmuş körpələrə yanlış diaqnozlar qoyaraq təcili yardım şöbələrindən özəl klinikalara yönləndirilməsi və bununla qanunsuz gəlir əldə etdikləri üzə çıxıb.
 
Həmin şəxslər uşaqlara narkotik maddələr verərək onların mövcud vəziyyətini olduğundan daha ağır göstəriblər və uzun müddət orada qalmalarını təmin ediblər. Uşaqların evtanaziya yolu ilə öldürüldüyü də məlum olub.
 
Sağ qalan körpələrin səhhətində isə bilərəkdən problemlər yaradılıb. Ümumilikdə şəbəkənin cinayət əməli nəticəsində 12 uşaq öldürülüb. Dəstə üzvlərinin İstanbulda əlbir olduqları 9 özəl xəstəxananın lisenziyası artıq ləğv edilib. Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib.
 
Günel
Seçilən
21
azxeber.com

1Mənbələr