AZ

Gecə səhərə kimi Allahla danışmışam - Nadir Qafarzadə

Gecə səhərə kimi Allahla danışmışam - Nadir Qafarzadə

"Allah köməyimiz ol, bu yağışı dayandır. Bizdən zərər yoxdur, imkansızlara yazığın gəlsin". Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə evini su basmasından danışarkən deyib. Müğənni saat 06:00-a kimi yatmadığını və evindən su təmizlədiyini bildirib: "Deyirəm ki, ay Allah, biz nələr yaşamadıq? Müharibələr, çörək növbələri, ərzaq qıtlıqları, bircə belə yağış görməmişdik. Evləri su basması, maşınların suda üzməsini efirlərdə görürdük. Dünən gecə isə biz bunu canlı izlədik. Allah köməyimiz ol, bu yağışı dayandır. Bizdən zərər yoxdur, imkansızlara yazığın gəlsin". Müğənni evinin su basması nəticəsində dəyən ziyanın hesablanacağını açıqlayıb: "Həm gülürəm, həm də ağlayıram. Yağış yağıb, evimə ziyan vurub. Dünən normadan artıq yağış yağıb. İndi ustaları gözləyirəm. 18-ci mərtəbədə yaşayıram. Şimal tərəfdən yağış bərk vurub, betonların arasından divar su buraxıb. Parket pis vəziyyətə düşüb. Ev bərbad haldadır. Allahın yağışıdır, evimə nə qədər ziyan dəydiyini bilmirəm. Birazdan ustalar gələcək və qiymətləndirəcək”. Nadir Qafarzadə indi tikinti materiallarının baha olduğunu qeyd edib: "Xoş olmayan mənzərə var. Pis olursan ki, niyə belə oldu? Şükür Allaha ki, canımıza heç nə olmadı. Gələn daş-divara oldu. Allah hər kəsə ömür versin, əgər mən bu haldayamsa, gör imkansızların evi nə günə düşüb. Əsas xalqımıza heç nə olmasın, canımıza gələn mala gəlsin. Səbrli olaq”.

Seçilən
7
3
afn.az

5Mənbələr