AZ

Neft Emalı Zavodundakı yanğının söndürülməsinə iki helikopter cəlb olunub - YENİLƏNİB

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

"Report"un hadisə yerinə cəlb olunmuş əməkdaşı xəbər verir ki, hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.

***
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azreform.info -a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Seçilən
11
15
azreform.info

10Mənbələr