İsrail polis avtomobillərinə zərər vermək, onları yandırmaq, qrafiti yazmaq, qumbara və digər hərbi sursat almaq ittihamı ilə 7 nəfəri həbs edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, İsrail polisi şərqi Qüdsün yeddi sakinini İranın xeyrinə casusluqda şübhəli bilərək həbs edib.
Bildirilib ki, yeddi nəfər Şərqi Qüdsün Beyt Səfafa məhəlləsindən olan 17-23 yaş arasında gənclərdir.
Bu həbslər ötən gün səhərki həbslərə əlavədir.
Qeyd edək ki, ötən gün İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs etmişdi.
Milli.Az