AZ

COP29 ərəfəsində yerli hotellər dayanıqlılıq təlimlərinə cəlb olundu

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq çərçivəsində dayanıqlılıq səriştələrinin artırılması istiqamətində hotellər müvafiq təlimlərə cəlb olunub.

 

Bu barədə Sfera.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

 

Bildirilib ki, təlimlər COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dövlət Turizm Agentliyi və Azərbaycan Hotel Assosiasiyası ilə birgə fəaliyyəti ilə həyata keçirilir.

 

Bildirilib ki, şirkət tərəfindən Dayanıqlılıq Təlimatları əsasında tərtib olunmuş və Əməliyyat Şirkətinin müvafiq departamentlərinin mütəxəssisləri tərəfindən keçirilən təlimlər yerli hotel sektorunun dayanıqlılıq sahəsində potensialının artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib.

 

Keçirilən təlimlər Bakı, Abşeron və Sumqayıt ərazilərində fəaliyyət göstərən hotelləri əhatə edib. Təlimlərin məqsədi qonaqpərvərlik sektorunda əməliyyatların düzgün icrasına, yerli hotellərin yüksək təhlükəsizlik standartlarına, eləcə də inklüzivlik və müyəssərlik prinsiplərinə uyğun fəaliyyətinin təşkildə dəstəkdir.

Seçilən
9
3
sfera.az

3Mənbələr