AZ

ABŞ-dan açıqlma: Ukraynaya 400 milyon dollar hərbi yardım ediləcək

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna lideri Zelenski ilə görüşündən sonra ABŞ-ın Ukraynaya 400 milyon dollar hərbi yardım edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın paytaxtı Kiyevə rəsmi səfərə gələn ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb. Görüşlə bağlı açıqlamasında Zelenski, “Görüş zamanı Ukraynanın hava hücumundan müdafiə imkanları, qışa hazırlıq və Rusiya hərbi hədəflərinə qarşı uzaqmənzilli silahların istifadəsinin genişləndirilməsi kimi mühüm müdafiə prioritetlərini müzakirə etdik. "Biz həmçinin pilotsuz uçuş aparatları, qanadlı raketlər, artilleriya mərmiləri və hava hücumundan müdafiə sistemlərinin istehsalının artırılması səylərinə diqqət yetirdik", - o deyib.

Nazir Ostin ABŞ-ın Ukraynaya 400 milyon dollar hərbi yardım edəcəyini bəyan edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
13
turkustan.az

1Mənbələr