AZ

Paşinyan ədliyyə naziri tapa bilmir

Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının İdarə Heyətinin iclasını keçirəcək və ədliyyə naziri vəzifəsinə namizəd müzakirə olunacaq...

Poliqon xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Nəşr qeyd edib ki, ötən həftə hakim qüvvə nazirliyə namizədlə bağlı qərar verə bilmədiyi üçün partiyanın iclası baş tutmayıb. Vətəndaş Sazişi bir neçə namizədi müzakirə edib, lakin qəzetin yazdığına görə, namizədlikləri müzakirə edilən İrəvan merinin müavini Suren Qriqoryan və baş nazirin mətbuat katibi Nazeli Bağdasaryanın namizədliyi qəbul olunmayıb.

"Hazırda "GD" fraksiyasından olan deputat Armen Xaçatryanla vəkil Aleksandr Sirunyanın namizədliyi var. Birincinin namizədliyi Sünik ərazi şurası (partiya), ikincinin isə Nor-Nork ərazi şurası tərəfindən irəli sürülüb", deyə qəzet qeyd edib.

Hraparak baş nazirin heç birini bəyənmədiyi üçün hakim partiyanın bu gün də nazir vəzifəsinə namizəd seçə bilməyəcəyini istisna etmir.

Xatırladaq ki, Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri postu Qriqor Minasyan oktyabrın əvvəlində istefa verdikdən sonra boş qalıb. Bundan əvvəl hakim partiya fraksiyasının təşəbbüsü ilə Minasyanı vəzifədən uzaqlaşdırmaq məqsədi ilə imza toplanması baş tutub.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr