AZ

Keçmiş prezident korrupsiya işi üzrə 20,5 il həbs cəzasına məhkum edildi - » AzadMedia.az



Məhkəmə Perunun keçmiş prezidenti Alexandro Toledonu (2001-2006) Braziliyanın tikinti korporasiyası “Odebrecht”in qarışdığı korrupsiya işi üzrə 20,5 il həbs cəzasına məhkum edib.

Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə sisteminin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Belə ki, “Məhkəmə hakimiyyəti keçmiş prezident Alexandro Toledonu Okeanlararası avtomagistral işi çərçivəsində gizli sövdələşmə və çirkli pulların yuyulması kimi cinayətlərə görə 20 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdir”, – deyə paylaşımda qeyd olunub.
Seçilən
11
5
azadmedia.az

7Mənbələr