AZ

Bu qurum insanların çörəyinə bais olur? Satıcılar üsyan etdi... - VİDEO

İnşaatçılar metro stansiyası yaxınlığındakı ərazidə çalışan dükan sahibləri üsyan edirlər.

Yenisabah.az xəbər verir ki, Space TV-də efirə gedən “Xəbər adamı” verilişində bu barədə süjet yayımlanıb. 

Sözügedən xəbərdə həmin ərazidə fəaliyyət göstərən ticarət obyektlərinin satıcıları dükanlarına gələn alıcıların cərimələndiyini və bu səbəbdən satış edə bilmədiklərindən gileylənirlər. vakansiyalar

“Adam necə alver etsin, mağazaları işlətsin, yükləri boşaltsın? Ay millət, baxın görün, nə vəziyyətdəyik? Buna niyə qadağa qoyulub? Ayda-ildə bir avtobus gəlir, keçib çıxır gedir. Bax, bu boyda yola sən niyə qadağa qoymusan? Bunu heç cürə dərk edə, başa düşə bilmirəm. Burada heç vaxt avtobus hərəkət etməyib. AYNA-nın bu çətinliyi yaratmaqda məqsədinin nə olduğunu heç cür başa düşə bilmirik" -, deyə satıcılar etiraz ediblər. 

Aytac Şahin


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr