AZ

Ucarda ağır qəza: 3 nəfər öldü

Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb.

Oxu24.com  xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan 2007-ci il təvəllüdlü Qüddəsərova Səma Vüqar qızı isə əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına daha sonra isə vəziyyəti ağır olduğundan onu Göyçay rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

***

Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan KAMAZ markalı yük maşınına çırpılıb. Zərbənin təsirində avtomobildən yanğın baş verib. Hadisə yerinə FHN-nin Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(Report)

 

 

Seçilən
9
15
oxu24.com

10Mənbələr