AZ

Milli Məclis sədrinin Türkiyənin ölkəmizdəki səfiri ilə görüşü

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin "Bir millət, iki dövlət" şüarına əsaslanaraq, uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimizin və xalqlarımızın həm şad, həm də çətin günlərdə hər zaman birlikdə olduğunu vurğulayıb.

S.Qafarova deyib ki, bu gün Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinə qısqanclıqla yanaşanlar var. Həmçinin bəzi dairələr Azərbaycana və Türkiyəyə qarşı təzyiqlər göstərməyə, onların müstəqil, milli maraqlara söykənən siyasətlərinə təsir etməyə cəhd göstərirlər.

S.Qafarova TBMM sədri ilə bir neçə gün öncə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, görüşdə gündəlikdə duran məsələlər haqqında səmərəli müzakirələrin aparıldığını bildirib.

Görüşdə Azərbaycan və Türkiyənin bir çox beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatında uğurla əməkdaşlıq etdiyi qeyd olunaraq, parlamentlərimizin də TürkPA çərçivəsində bu istiqamətdə fəaliyyətini davam etdirdiyi bildirilib.

XQ

Seçilən
12
2
xalqqazeti.az

10Mənbələr