AZ

Heydər Əliyev prospektinin əsas yolu bağlandı - Video

Güclü yağış səbəbindən paytaxtın Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün altındakı tunelin su ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb...

Poliqon qafqazinfo.az-a istinadən xəbər verir ki, hazırda prospektin əsas hissəsinə nəqliyyat vasitələri buraxılmır. Bu da prospektə çıxan küçələrdə və digər yollarda nəqliyyat sıxlığına gətirib çıxarıb.

Hazırda Bağırov körpüsünün alt hissəsindəki tuneldə Fövqəladə Hallar Nazirliyi tərəfindən işlər davam etdirilir.

Sözügedən tuneldə maşının su altında qalmasını əks etdirən videonu təqdim edirik:

Poliqon.info 

Seçilən
6
14
poliqon.info

10Mənbələr