AZ

Bu istiqamətlərdə maşından istifadə etməyin - DYP-dən çağırış



Yağmurlu hava şəraiti ilə əlaqədar hazırda paytaxtın Nərimanov rayonunda yerləşən "Bağırov körpüsü"nün altında, Sabunçu rayonundakı "Komsomol dairəsi" ərazisində və Xətai rayonu "Nargilə dairəsi" adlanan ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

aia.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

"Polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər", - deyə müraciətdə bildirilir.



Seçilən
15
24
aia.az

10Mənbələr