AZ

Perunun keçmiş prezidenti 20 il həbs cəzası aldı


Məhkəmə Perunun keçmiş prezidenti Alexandro Toledonu (2001-2006) Braziliyanın “Odebrecht” tikinti korporasiyası ilə bağlı korrupsiya işi üzrə 20,5 il azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “X” sosial şəbəkə səhifəsində Peru Məhkəmə Sistemi məlumat yayıb.
“Məhkəmə, Perunun keçmiş prezidenti Alexandro Toledonu sui-qəsd və çirkli pulların yuyulması cinayətlərinə görə 20 il 6 ay həbs cəzasına məhkum edib”, - məlumatda qeyd edilib.
Məhkəmənin fikrincə, Toledo Braziliya ilə Perunu birləşdirən okeanlararası avtomobil yolunun tikintisi üçün müqavilənin Braziliya şirkətinə verilməsində maraqlı olub və bu işdə göstərdiyi köməyə görə o, 35 milyon dollar rüşvət alıb.
2017-ci ilin fevralında Peru məhkəməsi Toledonun həbsinə order verib. Ancaq o, 2023-cü ilin aprelində son illər yaşadığı ABŞ-nin Kaliforniya ştatında həbs edilib. Bundan sonra o, vətəninə ekstradisiya edilib.
Seçilən
19
yeniavaz.com

1Mənbələr