AZ

Neftin qiyməti ucuzlaşıb

Brent markalı neftin qiyməti 74 dollar/bareldən aşağı düşüb

Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin kotirovkaları bir barel üçün 73,96 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 0,33 dollar (0,43%) aşağıdır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında səhər saatlarında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 1 barelə görə 0,21 dollar (0,3%) ucuzlaşaraq 70,35 dollar təşkil edib.

Seçilən
9
1
ucnoqta.az

2Mənbələr