AZ

Perunun keçmiş prezidenti 20 ildən çox həbs cəzası alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Peru məhkəməsi keçmiş prezident Alexandro Toledonu sui-qəsd, çirkli pulların yuyulması və rüşvətxorluqda təqsirli bilərək 20.5 il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin məhkəmə sisteminin sosial şəbəkə hesabında məlumat verilib.
Hakimlər belə qənaətə gəliblər ki, A.Toledo Braziliya ilə Perunu birləşdirən okeanlararası avtomobil yolunun tikintisi üçün müqavilənin Braziliya şirkətinə verilməsində maraqlı olub və bu işdə şirkətə göstərdiyi yardıma görə 35 milyon dollar rüşvət alıb.
A.Toledo 2023-cü ilin aprelində son illərdə yaşadığı ABŞ-nin Kaliforniya ştatında həbs edilib və vətəninə ekstradisiya olunub.
Seçilən
20
oxu.az

1Mənbələr