AZ

Ukraynalı turist Bakıda rus dilində söyüş söydü - Həbs edildi

Bakıda rus dilində söyüş söyən ukraynalı turist həbs edilib.

News24.az "qaynarinfo.az"a istinadən xəbər verir ki, 6 avqust 1995-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş D.G. 10 gün əvvəl Bakıya turist kimi gəzməyə gəlib.

O, oktyabrın 17-də axşam saatlarında şəhərə gəzməyə çıxıb. Həmin vaxt emosional olduğu üçün mobil telefonla ucadan danışaraq, rus dilində nalayiq ifadələr işlədib və səs-küy salıb.

Ərazidə olan polis əməkdaşları özlərini təqdim edərək, ondan hərəkətlərinə son qoymasını tələb ediblər. Ukraynalı turist bu xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə saxlanılaraq barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.


Seçilən
11
24
news24.az

10Mənbələr