AZ

Məşhur müğənninin sevgilisi klub alır

Məşhur müğənni Rihannanın sevgilisi olan amerikalı reper Rokki İngiltərədə “Tranmere Rovers”i alır.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, Rokki, əsl adı Rakim Athelaston Myers “Tranmere Rovers”in satılmasından cavabdeh olan məşhur hüquqşünas Co Tacopinanın rəhbərlik etdiyi investisiya qrupunun bir üzvüdür.

Qrup sabiq futbolçu Mark Paliosa məxsus klubun səhmlərinin 80 faizini təxminən 15 milyon funt-sterlinqə almağa hazırlaşır.

“Tranmere Rovers” hazırda İngiltərənin liqa sisteminin dördüncü pilləsi olan Liqa 2-də mübarizə aparır.

Seçilən
45
sportinfo.az

1Mənbələr