Bakıda "Qarabağ" və "Ayaks" arasındakı keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin III turunun matçına 20 mindən çox bilet satılıb.
Sportinfo.az xəbər verir ki, hazırda 20200 bilet alınıb.
"Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.