AZ

57 yaşlı Stetham sevgilisi ilə nişanlandıqdan 8 il sonra evlənir

Döyüş səhnələrinin məşhur ulduzu Ceyson Stetham nişanlandıqdan səkkiz il sonra artıq model Rozi Hantinqton-Uaytli ilə evlənməyə hazırdır, RadarOnline yazır.

Qaziler.az xəbər verir ki, bu barədə “RadarOnline” yazıb.

Mənbələrin dediyinə görə, sevgililər müxtəlif eniş-yoxuşlara, əsasən də aktyorun davranışına baxmayaraq, indi xoşbəxtdirlər.

“O, məsuliyyətlə bağlı problemlərinin öhdəsindən gəldiyini, özünü inanılmaz tərəfdaş və ata olduğunu sübut etdi. İndi onlar bir-birinə həmişəkindən daha çox aşiqdirlər”, - mənbə qeyd edib.

Cütlüyün iki övladı var. Nəşr qeyd edib ki, 8 il əvvəl nişanlandıqdan sonra model hamilə qalıb və toyunun bu vəziyyətdə keçməsini istəməyib. Daha sonra oğul övladlarının da bu mərasimdə iştirak etməsini görmək istədiklərini anlayıblar və mərasimi yenidən təxirə salmaq qərarına gəliblər. Beləliklə, 8 illik müddətdən sonra  Rozi və Ceyson cütlüyü rəsmi olaraq ailə olmağa hazır olduqlarını hiss ediblər.

QAZİLER.AZ

Seçilən
31
qaziler.az

1Mənbələr