AZ

"Karvan"ın rəsmisi Fərid Namazovun iddiasını təkzib etdi - açıqlama

Bilindiyi kimi, 1-ci liqanın 5-ci turunun "Karvan" - "İmişli" matçından sonra (3:2) qonaqların baş məşqçisi Fərid Namazov saytımıza açıqlamasında ciddi ittihamlar səsləndirib.

Mütəxəssis hakimləri tərəfkeşliklə, PFL-i qeyri-peşəkarlıqla, meydan sahiblərini isə təşkilatçılığın səviyyəsiylə bağlı suçlayıb. Daha doğrusu, futbolçuların Yevlax şəhər stadionunun hamamında yuyuna bilmədiyini deyib. İddia edib ki, idman qurğusu isti suyla təmin edilməyib. Hətta AFFA İntizam Komitəsi hər dəfə bu üzdən klubu cərimələyir.


"Karvan"ın mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə bu suallarla müraciət etdik: idman qurğusunda isti su problemi varmı? Həqiqətənmi, futbolçular matçdan sonra yuyuna bilmir? Belədisə, problem niyə aradan qaldırılmır?

Klub rəsmisinin "Football-plus.az"a cavabı:

"Yevlax şəhər stadionunun hamamlarıyla bağlı hansısa problem yoxdu. İdman qurğusu isti su ilə təmin edilir və futbolçular matçdan sonra hansısa problem olmadan yuyunur. Bu səbəbdən AFFA İntizam Komitəsi tərəfindən cərimələnməmişik. "İmişli"nin baş məşqçisi Fərid Namazovun niyə belə fikirlər səsləndirdiyini bilmirik".

KƏNAN BAHADIR
Seçilən
22
football-plus.az

1Mənbələr