Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa rayonu ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 2 tona yaxın olan 160625 ədəd çətənə kolu aşkarlanıb.
Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, həmin çətənə kolları yandırılaraq məhv edilib.