Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi texnologiyası kafedrasının müəllimi Aygün Abaszadə “Astana Stars” – İtaliya-Qazaxıstan 2024 V Beynəlxalq Musiqi Festivalında “Milli vokal” kateqoriyası üzrə Qran-Pri mükafatına layiq görülüb.
ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, həmçinin müsabiqədə kafedranın baş müəllimi Gülarə Aslanova xüsusi diplomla təltif olunub.