Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib. Bu vəzifəyə Rəsulova Mehriban Mehman qızı təyinat alıb.
Qeyd edək ki, cari ilin əvvəlində DMA-ya təyinat alan M.Rəsulova, Peşə hazırlığı departamentinin direktoru vəzifəsində çalışırdı. O, bundan əvvəl Bakı Ali Neft Məktəbi, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzində çalışıb
O cari ilin əvvəlindən DMA-ya təyinat almış və Peşə hazırlığı departamentinin direktoru idi.
M.Rasulova Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.
Beləliklə, DMA-nın İdarə Heyətinin sədrinin müşavirlərinin sayı yeddiyə yüksəlib.