AZ

Rusiya: "Şimali Koreya ilə əməkdaşlığımız heç kimi narahat etməməlidir"

Kremlin sözçüsü Dmitriy Peskov, Rusiyanın suveren hüquqları çərçivəsində Şimali Koreya ilə hər sahədə əməkdaşlığı inkişaf etdirdiyini ifadə edərək, "Bu, heç kimi narahat etməməlidir, çünki bu əməkdaşlıq üçüncü ölkələrə qarşı deyil" dedi.

Turkustan.az xəbər verir ki, Peskov jurnalistlərə Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq barədə qiymətləndirmələr edib.

Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu və tərəfdaşı olduğunu xatırladan Peskov, iki ölkənin münasibətlərini hər sahədə inkişaf etdirdiyini və bunun onların suverenlik haqqı olduğunu bildirib.

Peskov, "Bu, heç kimi narahat etməməlidir, çünki bu əməkdaşlıq üçüncü ölkələrin qarşılığında deyil. Biz bu əməkdaşlığı daha da inkişaf etdirəcəyik" dedi.

Şimali Koreya ordusunun Rusiyada olduğu iddiası ilə bağlı məlumatların ziddiyyətli olduğuna diqqət çəkən Peskov, "Bir çox ziddiyyətli məlumat görürük. Cənubi Koreyalılar bir şey deyir, sonra Pentaqon belə açıqlamaları təsdiq etmədiklərini açıqlayır. Yəqin ki, buna belə yanaşmaq lazımdır”.

Mətbuat katibi Peskov Şimali Koreya ordusunun Rusiyada olub-olmaması və Ukraynadakı "xüsusi hərbi əməliyyatda" iştirak edib-etməməsi ilə bağlı suala belə cavab verib: "Bu, xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı sualdır. Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq lazımdır.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
9
2
turkustan.az

8Mənbələr