AZ

"Şimali Koreya ilə əməkdaşlığımız heç kimi narahat etməməlidir"

Rəsmi Kremlin sözçüsü Dmitri Peskov, Rusiyanın suveren hüquqları çərçivəsində Şimali Koreya ilə hər sahədə əməkdaşlığı inkişaf etdirdiklərini deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Peskov bildirib ki, bu, heç kimi narahat etməməlidir, çünki bu əməkdaşlıq üçüncü ölkələrə qarşı deyil.

Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu və tərəfdaşı olduğunu xatırladan Peskov, iki ölkənin münasibətlərini hər sahədə inkişaf etdirdiyini və bunun onların suverenlik haqqı olduğunu bildirib.

Seçilən
18
2
operativmm.az

8Mənbələr