AZ

Azercell-də yeni Baş Direktor təyinatı

Marja.az-ın əldə etdiyi məlumata görə, Tural Pirverdiyev 18 oktyabr 2024-cü il tarixindən etibarən "Azercell Telecom" MMC-də Əməliyyatlar üzrə Baş Direktoru təyin edilib.

Bildiyiniz kimi, bir müddət əvvəl "Onlayn Azərbaycan" layihəsi çərçivəsində "Aztelekom" MMC-nin gördüyü işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi. "Aztelekom"un Baş İcraçı Direktoru vəzifəsini icra edən Turalın idarəçiliyi altında şirkət ölkənin telekommunikasiya şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə bütün əsas mərhələlərini planlaşdırılmış vaxtdan əvvəl başa çatdırmışdır. Tural Pirverdiyev ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırdığına görə, "Aztelekom"un rəqəmsal transformasiyanın növbəti mərhələsinə rəhbərlik Həsən Ömərova tapşırılmışdır.

Tural Pirverdiyev "Aztelekom" MMC-yə Baş direktor təyin edilməmişdən öncə "Azercell Telecom" şirkətində çalışmışdır.  O,"Aztelekom" şirkətində fəaliyyətindən sonra yenidən "Azercell Telecom" şirkətinə qayıdıb.

Azercell-in Əməliyyatlar üzrə Baş Direktoru vəzifəsində Tural, Şrkətin əməliyyat səmərəliliyinə fokuslanaraq strateji hədəflərə çatmasına nəzarət edəcək.

Tural Pirverdiyev Azercell
Seçilən
29
2
marja.az

10Mənbələr