AZ

ABŞ Ukraynaya 400 milyon dollar dəyərində daha bir hərbi dəstək paketi verəcək

Amerika Birləşmiş Ştatları Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi ayıracaq.

Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfəri zamanı məlumat verib.

“Co Baydenin rəhbərliyi ilə ABŞ Ukraynaya dəstəyi artırmağa davam edir. Bu gün mən Prezidentin 400 milyon dollarlıq yardım paketini ayırması haqqında məlumatı vermək istəyirəm”, – deyə Ostin bildirib.

Onun sözlərinə görə, yeni paketə Ukrayna üçün silah-sursat və hərbi texnika daxil olacaq.

Xatırladaq ki, Ostin bu gün Kiyevə qeyri-rəsmi səfər edib. Onun planlarına Ukraynaya gələcək yardımın müzakirə edilməsi, o cümlədən bu yardımın ABŞ-da qarşıdan gələn prezident seçkilərinin nəticəsindən asılılığı məsələləri daxildir.

Seçilən
1
50
banker.az

10Mənbələr