Bakı. Trend:
COP-29 tədbirinin vaxtı yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxmakampaniyalarının da sayı artmağa başladı.
Trend-in məlumatına görə,bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşımüvəqqəti komissiyası tərəfindən “COP29-a qarşı hibrid təhdidlər”mövzusunda keçirilən ictimai müzakirədə komissiyanın sədri RamidNamazov deyib.
O bildirib ki, Milli Məclis ölkəmizin təhlükəsizliyi və inkişafınaminə Prezident İlham Əliyev tərəfindən aparılan uzaqgörənsiyasətə daim dəstək verib və verəcək.
“Eyni zamanda Milli Məclis öz səlahiyyətləri çərçivəsindədövlətimizin bütövlüyünə və qanunlarına, milli-mənəvidəyərlərimizə, beynəlxalq nüfuzumuza və başqa sahələrdə təhdidyaradan hallarla mübarizdə həmişə qətiyyət nümayiş etdirib.
Məlumdur ki, gələn ay Bakı COP-un 29-cu sessiyasına, Parisrazılaşmasının tərəflər görüşünün 6-sı sessiyasına ev sahibliyiedəcək. Həm dövlət başçılarının yüksək səviyyədə iştirakıbaxımından, həm də iştirakçı sayının çoxluğunu nəzərə aldıqda,dünyada keçirilən ən böyük beynəlxalq konfranslardan olan COP-29-unkeçiriləcəyi vaxt yaxınalşdıqca, ölkəmizə qarşı qarayaxmakampaniyalarının artdığının şahidi oluruq.
Bu gün keçirilən iclasın əsas məqsədi dövlətimizə qarşı aparılançirkin kampaniyaların kimlər tərəfindən aparıldığını göstərmək,millət vəkilləri və beyin mərkəzlərinin fikirlərini dinləməkdir”, -deyə R.Namazov əlavə edib.