Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu yeni avtomobillər alır.
News24.az Axar.az-a istinadən xəbər verir ki, sifariş edilən avtomobillərin (Offroader / SUV, 5 qapı) sayı 6 ədəddir.
Nəqliyyat vasitələrinin istehsal ilinin 2024-cü il olması əsas şərtlərdəndir.
Nazirlik avtomobillərin 260 640 manata başa gələcəyini ehtimal edir.