“Turan Tovuz” Misli premyer-liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.
"Football-plus.az";xəbər verir ki, bu, 10-cu turun “Sumqayıt”la matçına təsadüf edib. Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.
Premyer-liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə keçirdiyi 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.
“Turan Tovuz” tarixində 3-cü dəfə premyer-liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/23 mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta