AZ

Qatar avtomobilə çırpıldı: Xəsarət alanlar var


Bakının Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.

 

Hadisə Qala qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Sərxan Rüstəmov idarə etdiyi maşınla dəmiryol keçidindən keçərkən qatara çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişin 1954-cü il təvəllüdlü Püstəxanım Məmmədova ağır xəsarət alıb.

 

Avtomobilin sürücüsü S. Rüstəmov hər iki ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Dəmiryol Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

 

APA

Tarix: 21 Oktyabr 2024, 07:33   
Seçilən
20
5
pravda.az

6Mənbələr