AZ

5,8 bal gücündə zəlzələ bu ölkəni 2-ci dəfə SİLKƏLƏDİ

Argentinanın qərbində yerləşən San Juan əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri San Juan şəhərindən 65 km şimal-qərbdə, təxminən 447 min insanın yaşadığı ərazidə baş verib. Zəlzələnin ocağı isə yerin 86 km dərinliyində olub.

Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
42
6
milli.az

10Mənbələr