AZ

5,8 bal gücündə zəlzələ bu ölkəni 2-ci dəfə SİLKƏLƏDİ

Argentinanın qərbində yerləşən San Juan əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Medianews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri San Juan şəhərindən 65 km şimal-qərbdə, təxminən 447 min insanın yaşadığı ərazidə baş verib. Zəlzələnin ocağı isə yerin 86 km dərinliyində olub.

Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
0
6
medianews.az

10Mənbələr