AZ

5,8 bal gücündə zəlzələ bu ölkəni 2-ci dəfə SİLKƏLƏDİ


Argentinanın qərbində 5,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir k, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz saytında məlumat yayıb.

Bildirilib ki, San-Xuan əyalətində yer səthində təkanlar və titrəmələr qeydə alınıb. Zəlzələnin episentri 447 minə yaxın insanın yaşadığı eyniadlı şəhərdən 65 km aralıda yerləşib. Zəlzələ ocağı 86 km dərinlikdə yerləşib.

Bir ay əvvəl Argentinanın bu hissəsində zəlzələ baş vermişdi. Daha sonra San Luis əyalətində 140 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 6-ya çatıb. Bu maqnitudada təbiət hadisələri Latın Amerikasında mütəmadi olaraq baş verir. Belə ki, ötən həftə Meksikanın qərb sahillərində Sakit okeanda 5,6 bal gücündə zəlzələ baş verib, sentyabrın 22-də isə Salvador sahillərində təkanlar qeydə alınıb .



Seçilən
11
3
news24.az

10Mənbələr