AZ

Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan boksçusu Tural Sarıyev U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Azərbaycan Boks Federasiyasından hafta.az-a verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçu bu mükafata Bolqarıstanın paytaxtı Sofiyada nail olub.

İlk iki görüşündə müvafiq olaraq Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.

Bu, millimizin yarışda qazandığı ikinci medal olub. Sarıyevdən öncə Marjona Savriyeva (50 kiloqram) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.

Seçilən
11
38
hafta.az

10Mənbələr