AZ

Boksçularımızdan Avropa çempionatında daha bir medal

Bakı. Trend:

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadəkboksçular arasında Avropa çempionatında daha bir medal qazanıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatıNicat Hüseynov yazdırıb.

51 kq-da çıxış edən boksçumuz qitə birinciliyini gümüş medallabaşa vurub. Bu, Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cümedal olub. O, daha öncə U-22-lər arasında 2 dəfə çempion titulunayiyələnib.

Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-əyüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, MarjonaSavriyeva (50 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün yığmamızın daha 1 boksçusu finalqarşılaşmasına çıxacaq.

Seçilən
29
12
az.trend.az

10Mənbələr