Samux rayonunda zəlzələ olub.

Leqal.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tətqiqatı bürosu məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Gəncə stansiyasından 34 km şimal-şərqdə, 3 manqitudada qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib, təbii hadisə hiss olunmayıb.

Leqal.info